18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Samir Şərifov: "Hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər prioritet deyil"
Tarix: 17-09-2020 13:26 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: "Hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər prioritet deyil"

"Yeni növ koronavirus (COVID-19) pandemiyası qlobal iqtisadi inkişafa, ticarət axınlarına, sosial təminata görünməmiş zərbə vurub, lakin hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər bizim həll etdiyimiz problemlər arasında prioritet deyil".


Bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda təşkil etdiyi vebinarda çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, COVID-19 pandemiyası dövründə CAREC regionunun ölkələri ilk növbədə, insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün pandemiya ilə mübarizə aparır və bu yöndə lazım olan addımları atır: "Məhz bu səbəbdən iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər birinci sırada dayanmır".

S. Şərifov qeyd edib ki, hər bir böhran inkişaf üçün yeni imkanlar yaradır və Azərbaycan AİB-in CAREC proqramı üzərindən reallaşan təşəbbüsünü dəstəkləyir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər