18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Mərkəzi Bank uçot dərəcəsini endirib
Tarix: 18-09-2020 14:00 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib. 

Reyting.az
Mərkəzi Banka istinadla xəbər verir ki, qərara əsasən, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edib.

Bildirilib ki, bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib: "Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcək".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər