00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib
Tarix: 18-09-2020 16:10 | Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin onlayn formatda növbəti iclası keçirilib.
Reyting.az Mərkəzi Banka istinadla bildirir ki, iclasda Şurada təmsil olunan Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri, eləcə də Şuraya üzv olmayan digər nümayəndələr iştirak edib. İclasa həmçinin Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev qatılıb.
Şuranın bu iclası pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunub.
AMB-nin sədri Elman Rüstəmov iclası açaraq qeyd edib ki, Şuranın ötən dövrdəki fəaliyyəti göstərir ki, bank sektoru ilə biznes arasında aktiv dialoqun qurulması sahibkarların üzləşdiyi çətinliklərin müəyyən olunmasında və həlli yollarının tapılmasında, maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması üzrə görülən işlərin qiymətləndirilməsində və yeni ehtiyacların müəyyən olunmasında çox səmərəli əməkdaşlıq platformasına çevrilib.
Şuranın ötən iclaslarında qaldırılmış məsələlərin bir qismi icra edilib, işlərin digər qismi icra prosesindədir, bəzi məsələlərin həlli istiqamətlərində isə müzakirələr gedir. Sahibkarlara dəstək olaraq görülmüş işlər sırasında xüsusi olaraq sahibkarların idxal əməliyyatları üzrə cari valyuta rejiminin effektivliyinin artırılması məqsədilə müvafiq Qaydalara edilmiş dəyişikliklərin əhəmiyyəti qeyd edilib. Həmçinin ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin ölkəyə gətirilməsi istiqamətində də aktiv iş başlayıb. Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq. Bunlarla yanaşı, biznes sektorunda gedən proseslər AMB-də dərindən təhlil olunur, sektorun problematikasının davamlı monitorinqi aparılır. Ümumilikdə Şurada qaldırılan digər məsələlərin həlli istiqamətlərində də fəal iş aparılır.
E.Rüstəmov gündəlik üzrə müzakirələrə keçmədən öncə iclas iştirakçılarına ölkə başçısının birbaşa rəhbərliyi altında koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyata təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danışıb. O bildirib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır. Pandemiyanın neqativ təsirlərinə baxmayaraq, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunur. İnflyasiya məqbul səviyyədədir, milli valyutanın məzənnəsi sabitdir. Yaradılmış makroiqtisadi sabitlik platforması kontrtsiklik monetar siyasət həyata keçirməyə imkan vermişdir. Bu siyasəti yürüdərkən AMB makroiqtisadi və maliyyə sabitliyini qorumaqla iqtisadi aktivlik və məşğulluğu dəstəkləməyə çalışır.
Sədr sahibkarlara pandemiya şəraitində dəstəyin artırılması istiqamətində AMB-nin banklara, bankların isə öz növbəsində sahibkarlara göstərdiyi köməyi qeyd edərək bildirib ki, ilin əvvəlindən bank sektoruna bir neçə istiqamətdə təxminən 1 milyard manat məbləğində likvidlik dəstəyi verilib. Ölkə başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər nəticəsində bu dövrdə biznes kreditləri və ipoteka kreditləri artıb, istehlak kreditləri isə azalıb. İlin əvvəlindən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilən kreditlər üzrə requlyativ tələblər yumşaldılıb, istehlak kreditləşdirilməsinin daraldılması məqsədilə requlyativ tələblər sərtləşdirilib. Problemli bankların sektordan kənarlaşdırılması həyata keçirilib və həmin banklar üzrə əhalinin əmanətləri qaytarılıb. Pandemiyanın mənfi təsirlərinin minimallaşdırılması məqsədilə bir sıra prudensial normativlər yumşaldılıb, kapital buferlərinin artırılması və pandemiyadan təsirlənən iqtisadi subyektlərin kreditlərinin restrukturizasiyası ilə bağlı tövsiyyələr verilib. Bu günə qədər 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib. Kredit portfelinin restrukturizasiyası AMB-nin requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində AMB-nin təşviqi ilə banklar tərəfindən həssas əhali qrupuna müxtəlif aktivlər təqdim edilib. Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə AMB əlaqədar qurumlarla birgə layihəyə başlanıb.
E.Rüstəmov giriş nitqindən sonra iclas iştirakçılarını gündəlikdə duran məsələnin müzakirəsinə dəvət edib. Pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətləri mövzusu üzrə müzakirələr başlayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək Şura çərçivəsində bank sektoru ilə sahibkarlar arasında qurulan dialoqun verdiyi praktiki faydasından danışıb və qeyd edib ki, ölkədə iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahibkarların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq: "Ona görə də biz apardığımız müzakirələr nəticəsində aktuallıq kəsb edən məsələlərin həmin Şuranın müzakirəsinə çıxarılması üçün fəal iş aparmalıyıq. Sonra o, çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmaqzlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkdi. Eyni zamanda təklif etdi ki, ortaya çıxan problemləri prioritetləşdirək və növbəti iclasları konkret məsələlərin müzakirəsinə həsr edək".
T.Mirkişili isə çıxış edərək bank sektoru ilə özəl sektor arasında dialoqun aparılmasında ortaya çıxan problemlərin qarşılıqlı əməkdaşlıqla tənzimlənməsində Şuranın fəaliyyətini yüksək qiymətləndirib və iclas iştirakçılarının nəzərinə çatdırıb ki, rəhbərlik etdiyi Komitə qanunvericiliklə bağlı ortaya çıxan məsələlərin həllinə dəstək verməyə hazırdır: "Hazırda Prezidentin tapşırığına əsasən iqtisadi qanunvericiliyin geniş təhlili aparılır, müasir tələblərə cavab verməyən, biznesin inkişafına mane olan müddəaların dəyişdirilməsi, bütövlükdə yeni çağırışlara cavab verən iqtisadi-hüquqi bazanın yaradılması üzrə aktiv iş aparılır. Bu işdə sizi də aktiv əməkdaşlığa dəvət edirəm və nəzərinizə çatdırıram ki, Prezident, Hökumət və Milli Məclis daim vicdanlı, sağlam biznes nümayəndələrinin yanındadır".
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev öz çıxışında biznes sektorunun bir istiqaməti kimi bankların cari fəaliyyətində mövcud şəraitdən irəli gələn çətinlikləri qeyd edərək AMB tərəfindən bank sektoru üzrə requlyativ-nəzarət çərçivəsində dəyişiklikləri, müvafiq dəstəkləyici tədbirlərin tətbiqini yüksək qiymətləndirib. Bildirdi ki, xüsusilə pandemiyadan daha çox ziyan görən sahələrə maliyyə dəstəyi və müvafiq güzəşt mexanizmlərinin tətbiqi daha vacib olsa da eyni zamanda banklar həmin biznes subyektlərinin əlavə risklərini üzərlərinə götürməyə çətinlik çəkirlər. O, həmçinin banklarda müvafiq requlyativ yumşaldılma tədbirlərinin müddətinin uzadılması imkanlarına baxılmasının da məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxışında maliyyə-bank sektoru ilə sahibkarlar arasında mühüm əməkdaşlıq platforması kimi Şuranın xüsusilə pandemiya şəritində biznesə zəruri dəstəyin göstərilməsi baxımından əhəmiyyətini qeyd edib. O, sahibkarlar arasında keçirdikləri müntəzəm təhlili sorğular barədə məlumat verərək bildirib ki, mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayı azalmaqdadır. Bir çox hallarda onların biznes planları bankları qane edəcək keyfiyyətdə hazırlanmır. Dövlətin biznesə dəstək fondlarının ayrı-ayrılıqda mühüm əhəmiyyətini qeyd etməklə yanaşı mövcud şəraitdə onların fəaliyyətinin konsolidasiyası imkanlarına baxılmasının vacibliyini diqqətə çatdırdı. Onu da bildirdi ki, beynəlxalq praktikada, xüsusən Türkiyə və Malayziya təcrübələrində də rast gəlindiyi kimi banklar tərəfindən biznesə dəstəkdə daha çox dövlətin zəmanət mexanizmlərindən istifadəyə üstünlük verilməsi məqəsəduyğundur.
Bundan sonra tanınmış iş adamı Abdolbari Gözəl və digər iştirakçılar çıxış edərək daxili bazar üzrə yerli istehsal sahələrinin inkişafının təşviq edilməsi, xüsusən pandemiyadan daha çox ziyan görən sahələrdə bank sektoru qarşısında kredit öhdəliklərilə bağlı güzəştlərin davam etdirilməsi, dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, çeklə hesablaşmaların tətbiq imkanlarının tezliklə reallaşdırılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi və digər məsələləri diqqətə çatdırıblar.
Müzakirələrin nəticələrini ümumiləşdirərək E.Rüstəmov görüşün çox faydalı olduğunu qeyd edib və bildirib ki, iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərərfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək.
O, sonda diqqətə çatdırıb ki, İqtisadi Şurada da biznes nümayəndələrinin iştirakı ilə nəzərdə tutulan görüşlərin keçirilməsi, orada sahibkarlar tərəfindən qaldırılan aktual məsələlərin müzakirəsi onların üzləşdiyi çəitliklərin həlli yollarının tapılmasına kömək edəcək, bütövlükdə həm real sektorda, həm də maliyyə sistemində biznes subyektlərinin fəaliyyətinə mühüm dəstək olacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər