18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Deputatın şirkətinə 3.6 milyonluq tender verilib
Tarix: 24-09-2020 14:51 | Bölmə: İqtisadiyyat
Deputatın şirkətinə 3.6 milyonluq tender verilib

Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs "Azəri-Med" MMC ilə maliyyə dəyəri 3 600 000 AZN olan müqavilə imzalayıb.

Reyting.az
Yenisabah.az-a istinadla xəbər verir ki, müqaviləyə əsasən şirkət dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.

Araşdırmalarımız zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üst-üstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.

Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavinidir. Görünür, bu səbəbdən “Azeri-Med” MMC MOM-un elan etdiyi tenderlərin qalibi olur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər