18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“MilliÖN” Silahlı Qüvvələr Fonduna 200 min manat vəsait köçürüb
Tarix: 02-10-2020 19:21 | Bölmə: İqtisadiyyat
“MilliÖN” Silahlı Qüvvələr Fonduna 200 min manat vəsait köçürüb

Ölkənin ən böyük ödəniş terminalları şəbəkəsi olan “MilliÖN” operatoru “Komtec” MMC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat vəsait köçürüb.

“İşğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ön cəbhədə olan Mübariz Ordumuzun hər bir üzvünə uğurlar diləyir və əldə edilmiş ilkin qələbə münasibətilə xalqımızı təbrik edirik. Biz əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən uğrunda döyüşən ordumuz tarixi torpaqlarımızı tezliklə azad edəcək”, - “Komtec” MMC-dən bildirilib.

Məlumat üçün bildiririk ki, “Komtec” MMC-nin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına cəlb edilən əməkdaşların əmək haqları 2 qat ödəniləcək. Bu həmin əməkdaşların xidmət etdikləri dövr ərzində davam edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər