18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişib
Tarix: 07-10-2020 11:38 | Bölmə: İqtisadiyyat
Dünya Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu dəyişib

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının COVID-19 pandemiyasının fonunda 4,2% azalacağını proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatında xəbər verilib.

Qeyd edilir ki, sözügedən proqnoz iyun ayında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. Hesabatda verilən məlumata görə, 2021-ci ildə ölkədə ÜDM 1,9% artacaq və bu, ötən proqnozdan 0,3 faiz bəndi azdır.

Bankın hesabatına əsasən, bədbin ssenaridə Azərbaycan iqtisadiyyatının gələn il artımı daha zəif – 1,1% səviyyəsində ola bilər.

Dünya Bankı hesab edir ki, Azərbaycan hazırda COVID-19 pandemiyasının və neft qiymətlərinin azalmasının səbəb olduğu şoklarla üzləşir və bu da, öz növbəsində, pul köçürmələrinin, gəlir və istehlakın azalma templərinin daha da artmasına gətirib çıxarır. Bundan əlavə, pandemiya ilə əlaqəli artan qeyri-müəyyənlik və Ermənistanla artan gərginlik fonunda investisiyaların həcmi azalıb. Eyni zamanda, bölgədəki şiddətli quraqlıq nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalı da azalıb.

Lakin banka görə, neft qiymətlərinin sabitləşməsi ilə əlaqədar 2021-ci ildə Azərbaycan iqtisadiyyatının aktivliyinin bərpası gözlənilir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər