18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İqtisadi Forumun illik toplantısının keçiriləcəyi yer bəlli olub
Tarix: 08-10-2020 15:03 | Bölmə: İqtisadiyyat
İqtisadi Forumun illik toplantısının keçiriləcəyi yer bəlli olub

Dünya İqtisadi Forumun illik toplantısı koronavirus pandemiyası səbəbindən 2021-ci ilin mayın 18-21 tarixlərində İsveçrənin Lütsern şəhərində keçiriləcək.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, tədbir ənənəvi məkanına 2022-ci ildə qayıdacaq.

Gələn il "The Great Rest" adı ilə keçiriləcək iclasda dünyanın ən aktual problemlərini həlli üçün tələblər müzakirə ediləcək. Dünya liderləri bir araya gələrək pandemiyanın təsirlərindən bərpa yolunu müzakirə edəcəklər.

Xatırladaq ki, Dünya İqtisadi Forumu hər il yanvar ayında Davosda keçirilirdi. Bu ilin avqustun 26-da qəbul edilən qərara əsasən iclas yanvar ayından yay aylarına keçirilmişdi. Təşkilat rəhbərinin sözlərinə görə, ekspertlər yanvar ayında Forumu təhlükəsiz şəraitdə keçirməyin mümkün olmayacağı qənaətində olublar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər