18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yayıb
Tarix: 11-10-2020 17:05 | Bölmə: İqtisadiyyat
İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yayıb

İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı başlayan və mülki şəxslər və hərbçilər arasında itkiyə səbəb olan bütün hərbi hücumları kəskin şəkildə qınayır və hərbi əməliyyatlarda həlak olanların ailələrinə başsağlığı verir.

Reyting.az
xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının yaydığı bəyanatda bildirilib.

“ITAZERCOM beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının bütün erməni işğalçı qüvvələrini təcili, tam və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonundan çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyünü qətiliklə dəstəkləyir.

İtaliya-Azərbaycan Ticarət Palatası, müstəqil, qeyri-hökumət, ikitərəfli biznes qurumu olaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin bu cür qanuni çərçivədə həllinə tərəfdar olmağa çağırır və heç bir ara vermədən Azərbaycan-İtalyan iş dünyası çərçivəsində daha da güclü şəkildə qarşılıqlı əməkdaşlığı və dostluğu təşviq etməyə davam edir”, - deyə qeyd olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər