18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha 43 müəssisə hərraca çıxarılır
Tarix: 15-10-2020 09:48 | Bölmə: İqtisadiyyat
Daha 43 müəssisə hərraca çıxarılır

Azərbaycanın nəqliyyat, inşaat, təmir, quşçuluq, ticarət, istehsal və digər sahələr üzrə 43 müəssisəsi hərraca çıxarılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Hərrac 10 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək.

Özəlləşdirməyə çıxarılan müəssisələr paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə onlayn qoşula bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər