18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya bazarlarında neftin və təbii qazın qiyməti ucuzlaşır
Tarix: 19-10-2020 09:34 | Bölmə: İqtisadiyyat
Dünya bazarlarında neftin və təbii qazın qiyməti ucuzlaşır

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 0,30 faiz azalıb. Artıq 1 barelə görə qiymət 42,80 dollar təşkil edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,29 faiz azalaraq 40,76 dollara düşüb.

Neftlə yanaşı təbii qazın da qiyməti enib. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,71 faiz azalaraq 2,67 ABŞ dolları təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər