17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropa birjalarında hərraclar dayandırılıb
Tarix: 19-10-2020 14:55 | Bölmə: İqtisadiyyat
Avropa birjalarında hərraclar dayandırılıb

Avropa fond birjalarının operatoru “Euronext NV” bu gün texniki nasazlıq üzündən hərracları dayandırıb.

Bu barədə şirkət tvitter səhifəsində açıqlama verib:

“Texniki məsələ üzündən bütün “Euronext” məhsullarının ticarəti sonrakı xəbərdarlığadək dayandırılıb. Biz həmin məsələni həll etmək üçün işləyir və ticarəti bərpa etməklə bağlı mümkün qədər tez bir zamanda yenilənməni təmin edəcəyik”.

Avropa fond birjalarının ən iri operatoru olan “Euronext” Amsterdam, Brüsel, Dublin, Lissabon, Milano, Oslo, Paris fond birjalarını idarə edir. Bu ilin iyun ayında şirkətə bağlı birjalarda məcmu bazar dəyəri 3,8 trilyon avro olan 1 500-dək emitent satılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}