18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Elman Rüstəmov: “Ermənistan iqtisadiyyatı təcrid olunmuş iqtisadiyyatdır”
Tarix: 20-10-2020 20:07 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: “Ermənistan iqtisadiyyatı təcrid olunmuş iqtisadiyyatdır”

“Bu gün xalqımız, dövlətimiz öz tarixinin ən şanlı səhifəsini yazır. Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız vətən müharibəsində milli iqtisadiyyatımızın olduqca böyük rolu var”


Bunu AZTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütün bu addımlarımızın arxasında böyük bir iqtisadi güc dayanır. Xüsusilə son dövrlərdə 3 dəfədən çox artan iqtisadi potensialımız, maliyyə imkanlarımız ordu quruculuğu həyata keçirməyimizə imkan verib. Azərbaycan və Ermənistan iqtisadiyyatlarını nəinki kəmiyyət, həm də keyfiyyət baxımından müqayisədə etmək mümkün deyil. Ermənistan iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş bir iqtisadiyyatdır. Bu cür iqtisadiyyat böyük inkişaf perspektivinə malik olmur. Cəmi 3 milyon əhalisi olan ölkənin əmək resursları da çox ola bilməz. Belə vəziyyətdə onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır. Onların qonşusu Türkiyədir ki, 83 milyon əhalisi var, amma bu gün Ermənistan həmin ölkəyə qarşı saxta qoyqırım iddiası irəli sürür. Onlar bunun üçün bütün dünyanı gəzirlər və Türkiyə ilə diplomatik münasibətləri yoxdur, - deyə o, qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər