Azərbaycan Avropaya enerji nəql etməyə hazırdır
Tarix: 21-10-2020 09:47 | Bölmə: İqtisadiyyat
Azərbaycan Avropaya enerji nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da nəql etmək gücündədir.

Bu barədə TAP AG konsorsiumu məlumat yayıb.

Bildirilib ki, boru kəməri artıq gələcəyə hazırdır:

“Boru kəməri bütün infrastruktur boyunca hidrogen və biometan kimi daha dayanıqlı enerji mənbələrini nəql etməyə qadirdir. Bu, öz növbəsində, yaşıl enerjiyə keçidə xidmət edəcək”.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}