18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
BVF Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi üzrə proqnozunu açıqlayıb
Tarix: 21-10-2020 15:48 | Bölmə: İqtisadiyyat
BVF Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsi üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycanda əmtəə və xidmətlərin ixracının 28,9% azalaraq 28,56 mlrd. manat, idxalının isə 4,6% azalaraq 28,73 mlrd. manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə BVF-nin açıqlamasında deyilir.

Qeyd olunub ki, 2021-ci ildə ölkənin əmtəə və xidmətlər dövriyyəsi artacaq – ixrac 30,6 mlrd. manat, idxal – 31,4 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Fondun proqnozlarına görə, 2020-ci ildə ölkənin əmtəə və xidmətlər dövriyyəsinin saldosu müsbətdən mənfiyə düşərək 170 mln. manat təşkil edəcək. 2021-ci ildə isə mənfi saldo 800 mln. manata çatacağı gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın əmtəə və xidmətlər dövriyyəsinin müsbət saldosu 10,06 mlrd. manata bərabər olub. Belə ki, ötən il ixrac 40,17 mlrd. manat, idxal isə 30,11 mlrd. manat təşkil edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər