18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiya bu il qaz hasilatını və ixracını azaldacaq
Tarix: 23-10-2020 14:10 | Bölmə: İqtisadiyyat
Rusiya bu il qaz hasilatını və ixracını azaldacaq

Rusiyada 2020-ci ildə qaz hasilatı 6,5% azalaraq 690 mlrd. kubmetr təşkil edəcək, 2021-2023-cü illərdə isə hasilat 728-795 mlrd. kubmetrə çatacaq.

TASS xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Büdcə və vergilər komitəsinin iclasında çıxış edərkən Energetika naziri Aleksandr Novak deyib.

"Qaz sənayesində hasilatın təxminən 6,5% azalacağını gözləyirik. Təxminən 690 mlrd. kubmetrədək. 2021-2023-cü illərdə isə hasilatı 728-795 mlrd. kubmetrə çatacağıq", - Novak deyib.

O əlavə edib ki, cari ilin sonunda qaz ixracı təxminən 16,5% azalaraq 184,5 mlrd. kubmetrə düşə bilər. 2021-ci ildə bu göstərici 220 mlrd. kubmetrə, 2023-cü ildə isə 240 kubmetrə çatacağı gözlənilir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər