18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib
Tarix: 24-10-2020 13:01 | Bölmə: İqtisadiyyat
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Fonddan Reyting.az-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə oktyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər