18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Meksika körfəzində neft hasilatı qismən dayandırılıb
Tarix: 27-10-2020 13:55 | Bölmə: İqtisadiyyat
Meksika körfəzində neft hasilatı qismən dayandırılıb

Meksika körfəzinin ABŞ sahilboyu zolağında neft hasilatının 15,87 faizi qədəri Zeta tropik qasırğasının yaxınlaşması ilə bağlı dayandırılıb.

“Report” xəbər verir ki, ABŞ Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosunun (BSEE) məlumatına görə hazırda gündəlik hasilat 293 656 bareldir. Həmçinin təbii qaz hasilatının 6 faizi dayandırılıb, 643 platformun 10-da işçilər təxliyyə olunub.

Qeyd edək ki, dünən Zeta qasırğası Meksikanın Yukatan yarımadasınu vuraraq 80 km/saatadək çatan külək xeyli fəsadlar törədib, sahillərdə suyun 1 metrədək qalxmasına səbəb olub. Həmçinin günorta saatlarında Luisiana şatının sahilinə çataraq Nyu-Orlean metrosunun fəaliyyətində fasilələrə səbəb olub. Bu gün bir qədər mülayim şəkildə körfəzin cənub hissəsində, o cümlədən Yukatan yarımadasının şimalında hərəkət edən Zetanın sabah körfəzin şimalında təsirini göstərəcəyi bildirilir.

Tropik qasırğasına külək 62 km/saata çatanda ad verilir. Külək 119 km/saatı keçəndə fırtına hesab edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər