18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vüsal Qasımlı: "Azərbaycan manatının devalvasiyası mümkünsüzdür"
Tarix: 27-10-2020 17:05 | Bölmə: İqtisadiyyat
Vüsal Qasımlı: "Azərbaycan manatının devalvasiyası mümkünsüzdür"

"Ermənistanda milli valyutasının dəyərdən düşməsi - devalvasiya qaçılmazdır. Bu prosesin hələ ki, uzanması müəyyən səbəblərlə bağlıdır".

Bunu keçirdiyi mətbuat konfrasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Ermənistan istehlak iqtisadiyyatına malik ölkədir. Bu dövlət yalnız xarici yardımlar hesabına ayaqda qalır. Bu isə alıcılıq səviyyəsinə təsir edir", - deyə o, qeyd edib.

Mərkəz rəhbəri deyib ki, Azərbaycan manatının devalvasiyası isə mümkünsüzdür: "Müharibəyə görə beynəlxalq reytinqlərimizdə də dəyişiklik yoxdur"




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər