18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Naxçıvan iqtisadiyyatında artım qeydə alınıb
Tarix: 28-10-2020 09:52 | Bölmə: İqtisadiyyat
Naxçıvan iqtisadiyyatında artım qeydə alınıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2,101 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Qeyd edilir ki, son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri 1,2 faiz artaraq 4 564 manat olub.

9 aylıq ÜDM-in tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57 faiz təşkil edib.

Son 1 ildə bölgədə sənaye istehsalı 1 faiz artıb.

İqtisadiyyatın digər sahələrinə gəlincə, kənd təsərrüfatı sektorunda 3,7 faiz, informasiya və rabitə sektorunda isə 4,6 faiz artım olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər