18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Vüsal Qasımlı: "Azərbaycan Ermənistana qarşı iddialar qaldıra bilər"
Tarix: 31-10-2020 18:30 | Bölmə: İqtisadiyyat
Vüsal Qasımlı: "Azərbaycan Ermənistana qarşı iddialar qaldıra bilər"

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayət beynəlxalq hüquqi məsuliyyətini yaradır. Beynəlxalq hüquqi məsuliyyət cəhətdən həm maddi, həm də bir neçə formada iddialar qaldırıla bilər.

Reyting.az
xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, həmin iddialardan birincisi repatriasiyadır: “Bu hüquqi məsuliyyətin ilk formasıdır. Həm birinci, həm də ikinci dünya müharibəsi dövründə Versal sülh müqaviləsinin və Yalta konfransının qərarlarına uyğun olaraq məğlub tərəf ziyan vurduğu tərəfə böyük miqdarda repatriasiya olunub. Bu, həm əmlak, ərzaq və kənd təsərrüfatı formasında həyata keçirilə bilər. İkinci forma isə restitusiyadır. Burda isə beynəlxalq hüquqi məsuliyyətə uyğun olaraq Ermənistan ziyan dəyməmişdən əvvəlki vəziyyətə qaytarılması üçün müəyyən təzminatlar ödəməlidir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər