18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə qaz sektoruna xarici şirkətləri cəlb edəcək
Tarix: 02-11-2020 14:29 | Bölmə: İqtisadiyyat
Türkiyə qaz sektoruna xarici şirkətləri cəlb edəcək

“Aralıq dənizi və Qara dənizdə fəaliyyət intensivləşdikcə, Türkiyə qazma işlərin aparılması məqsədilə yeni bir gəmini icarəyə götürmək və ya əldə etmək üçün variantları araşdırır və təhlil edir”.

Bunu Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz deyib.

Bu yaxınlarda Qara dənizdə ölkənin ən böyük təbii qaz ehtiyyatının kəşfindən sonra F.Dönmez, əlavə seysmik və qazma işlərinin nəticələrinə görə Şərqi Aralıq dənizindəki bir quyudan da yaxşı xəbər gələ biləcəyinə işarə edib:

“Planlarımız ilk kəşfə qədər iki-üç qazma gəmisinin kifayət edəcəyi idi və ilk tapıntıdan sonra intensiv qazma işlərinə başlayacaqdıq. Gəmilərimizdən biri Aralıq dənizindədir. Qara dənizdə iki gəmimiz var. Biz üçüncü bir gəmini almaq və ya icarəyə götürmək niyyətini bildirdik. Dostlarımız (mövzu ilə əlaqədar) işləyirlər və bizim üçün daha iqtisadi cəhətdən sərf edən variantı seçəcəyik”.

"Yavuz" qəmisi Şərqi Aralıq dənizində fəaliyyət göstərir, "Fatih" isə Qara dənizdə.

Nazirin sözlərinə görə, Türkiyənin hazırda Şərqi Aralıq dənizi və Qara dənizdə fəaliyyət göstərən donanmasında üç qazma gəmisi var: "Bu ildə donanmaya qoşulan üçüncü "Kanuni" qazma gəmisi, hazırda İstanbuldadır və tezliklə gələn ilin yanvarında “Fatih” qazma gəmisinə qoşulmaq üçün Filyos sahil qəsəbəsinə yola düşəcək.

“Fatih” qazma gəmisi bu yaxınlarda Türkiyənin Qara dəniz sahillərindən təxminən 100 dəniz milində yerləşən "Sakarya” yatağının "Tuna-1” kəşfiyyat quyusunda 405 milyard kubmetr həcmində təbii qaz ehtiyatlarını aşkarlayıb.

“Fatih” qazma gəmisi noyabr ayının əvvəlində yeni axtarışlara başlamaq üçün Qara dənizdəki "Sakarya" qaz yatağındakı “Türkali-1” quyusunda yeni fəaliyyətlərin icrasına başlayacaq. Orada 30 ilə 40 arasında yeni quyuların açılması planlaşdırılır ki, bu da 7-8 illik iş planından bəhs edilir. Ancaq 2023-cü ilə qədər 8-10 quyu tamamlasaq, 2023-cü ildə ilk hasilata başlaya bilərik. Məqsədimiz 2028-ci ilə qədər mövcud yataq ilə əlaqədar bütün işləri bitirməkdir”, - deyə F.Dönmez deyib.

Türkiyə yataqdan ilk qaz axınını 2023-cü ildə illik 5-10 milyard kubmetr arasında nəzərdə tutur. 2025-ci ilə qədər bu yataqdan hasilat həcminin 15 milyard kubmetrə çatacağı gözlənilir.

F.Dönmez bildirib ki, əvvəllər Türkiyə qaz yatağını təkbaşına işləməyi planlaşdırırdı, ancaq hazırda detallı iş və avadanlıq sahəsində xarici şirkətlərlə əməkdaşlıq etməyə hazırdı:

“Noyabr ayında ölkədə seysmik-kəşfiyyat işlərinə başlanılacaq, "Sakarya" qaz yatağı üzrə isə 5-6 aylıq seysmik proqramı var. Əgər perspektivli seysmik məlumatlar uğurlu olsa kəşfiyyat qazma işlərinə başlanacaq. Bu ilk kəşf etdiyimiz qonşu yataqlardır. Layihə geoloqları bu sahələrin bənzər olduğunu və ümidli olduqlarını söyləyirlər", - nazir bildirib və qeyd edib ki, əlavə məlumatlar seysmik tədqiqatlar və qazma işləri başa çatdıqdan sonra məlum olacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər