18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazir müavini: “Neftin qiymətinin 10 dollara düşməsi üçün səbəb yoxdur”
Tarix: 03-11-2020 10:11 | Bölmə: İqtisadiyyat
Nazir müavini: “Neftin qiymətinin 10 dollara düşməsi üçün səbəb yoxdur”

Neftin bir barelinin qiymətinin 40-55 ABŞ dolları civarında olduğu təqdirdə, "qara qızıl"ın tarixi istehsal səviyyəsi bərpa ediləcək.

Reyting.az
Fins.az-a istinadla xəbər verir ki, bunu Rusiya Energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, qiymətlərin yenidən 10 dollara, yəni istehsalın rentabelliyini təmin etməyəcək səviyyəyə düşməsi üçün heç bir səbəb yoxdur.

Qeyd edək ki, "Brent" markalı etalon neftinin bu ilin aprelində qeydə alınan minimal göstərici 15,98 dollar səviyyəsində olub. Bu, "OPEC+" alyansının üzvlərini neft hasilatının məhdudlaşdırılması ilə bağlı yeni qərarlar qəbul etməyə məcbur edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər