18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən vəsaitin məbləği açıqlanıb
Tarix: 03-11-2020 23:33 | Bölmə: İqtisadiyyat
Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən vəsaitin məbləği açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait köçürülüb.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər