18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi beşillik minimuma enib
Tarix: 05-11-2020 10:52 | Bölmə: İqtisadiyyat
Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi beşillik minimuma enib

Noyabrın 5-də Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi təxminən beşillik minimuma enərək 0,5088 manat təşkil edib.

Gürcüstan Mərkəzi Bankının verdiyi məlumata görə, larinin məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı 2015-ci ilin dekabr ayının 19-da olub. Sözügedən tarixdə 1 lari 0,4372 manata bərabər idi.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 2-də Rusiya rublunun manata qarşı məzənnəsi yeddiaylıq minimuma enərək 0,0213 manat təşkil etmişdi.

Xatırladaq ki, Gürcüstanın milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi noyabrın 3-dən etibarən yenidən sürətlə enməyə başlayıb. Həmin gün 1 dolların dəyəri 3,2750 lariyə, bir gün öncə – 3,2438 lariyə, bir həftə əvvəl isə 3,21 lariyə bərabər idi. Gürcüstan Milli Bankı larini qorumaq məqsədilə noyabrın 2-də valyuta hərracında 60 mln. dollar satışa çıxarıb. Bu, bazar tənzimləyicisinin cari il ərzində sayca 21-ci və ən irihəcmli xarici valyuta satışı olub. Ümumilikdə, Gürcüstan Milli Bankı 2020-ci ildə ehtiyatlarından 709,650 mln. dollar satıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər