Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazıntısına başlayıb
Tarix: 05-11-2020 14:26 | Bölmə: İqtisadiyyat
Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazıntısına başlayıb

Türkiyənin "Fatih" gəmisi Qara dənizdə yerləşən yeni qaz yatağında "Türkali-1" axtarış quyusunun qazılmasına başlayıb.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez öz "Twitter" hesabında paylaşıb.

Məlumata əsasən, qazma işləri 75 gün davam edəcək.

Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}