Rusiyadan Azərbaycana göndərilməli olan yağlar Yerevanda aşkar edilib - Fotolar
Tarix: 05-11-2020 16:50 | Bölmə: İqtisadiyyat
Rusiyadan Azərbaycana göndərilməli olan yağlar Yerevanda aşkar edilib

Yerevan şəhərinin ən böyük ticarət mərkəzlərindən birində - “Surmalu”da Azərbaycana ixracı üçün nəzərdə tutulan və Rusiya istehsalı olan “Tulçinka” yağları aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə armeniasputnik.am saytı məlumat yayıb.

Məlumata görə, Qida Təhlükəsizliyi Təftiş Qrupu bildirib ki, bunu istehsalçının etketlərindəki işarələr də sübuta yetirir. Məhsulun üzərindəki yazıların bir hissəsi erməni dilindədir. Yağın ölkəyə “Artİmport” şirkəti tərəfindən gətirildiyi aydın olub. Azərbaycan üçün nəzərdə tutulan məhsullar Ermənistanda satışdan çıxarılıb.

Qida Təhlükəsizliyi Təftiş Qrupundan bildiriblər ki, başqa bir ölkə üçün nəzərdə tutulan məhsulların Ermənistana hansı şəraitdə gətirildiyini öyrənmək məqsədilə “Artİmport” şirkətində nəzarət tədbirləri həyata keçiriləcək.

My Webpage






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}