18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Brent” markalı neftin qiyməti qalxıb
Tarix: 09-11-2020 17:34 | Bölmə: İqtisadiyyat
“Brent” markalı neftin qiyməti qalxıb

“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin uğurlu sınaqları ilə bağlı xəbərlərdən sonra dünya bazarlarında neft qiymətləri təqribən 8 % artıb.

Bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 16:07-yə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 7,88 % artaraq bir barel üçün 42,56 ABŞ dollarına, WTI markalı neftin dekabr fyuçersləri isə 8,37 % artaraq bir barel üçün 40,25 ABŞ dollarına çatıb.

Artım koronavirusa qarşı peyvəndlə bağlı xəbərlərin yayımlanmasından sonra kəskin şəkildə sürətlənib. “BioNTech” şirkəti “Pfizer” ilə birgə hazırladığı peyvəndin COVID-19 infeksiyasının qarşısının alınmasında 90 %-lik effektivlik göstərdiyini və peyvəndin ABŞ-da qeydiyyata alınması üçün müraciətin artıq noyabr ayında edilə biləcəyini açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər