18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Rusiyanın neft ixracından gəlirləri 40%-dən çox azalıb
Tarix: 10-11-2020 15:34 | Bölmə: İqtisadiyyat
Rusiyanın neft ixracından gəlirləri 40%-dən çox azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın neft ixracından gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40,3% azalaraq 54,6 mlrd ABŞ dolları təşkil edib.


Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Sentyabr ayında Rusiya neftinin ixrac həcmləri avqust ayına nisbətdə 12% artaraq 18,4 mln tona çatdırılıb. Pul ifadəsində tədarükün həcmi 9,1% artıb və 5,34 mlrd ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan neftin tədarükünün fiziki həcmi 10% azalaraq 179,7 mln ton təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər