18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əmtəə birjasında təbii qazın və neftin qiyməti artıb
Tarix: 11-11-2020 09:30 | Bölmə: İqtisadiyyat
Əmtəə birjasında təbii qazın və neftin qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,88% artaraq 2,971 ABŞ dolları təşkil edib.

Əmtəə birjasında təbii qazla yanaşı neftin də qiymətində dəyişiklik var. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 1,1% artaraq 1 barelə görə 44,09 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,16% artaraq 41,84 dollar olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər