18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əli Məsimli: “Vəziyyətdən ən optimal çıxış yolu inteqrasiya və əməkdaşlığın genişləndirilməsidir”
Tarix: 14-11-2020 10:29 | Bölmə: İqtisadiyyat
Əli Məsimli: “Vəziyyətdən ən optimal çıxış yolu inteqrasiya və əməkdaşlığın genişləndirilməsidir”

“Azərbaycanın potensialı Ermənistanla müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Cənubi Qafqazı götürdükdə Azərbaycanın potensialı Gürcüstan və Ermənistanın birlikdə olan potensialıdan da güclüdür”.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, iqtisadçı Əli Məsimli deyib.

Ə. Məsimli Dağlıq Qarabağ bölgəsində yaşayacaq erməniləri iqtisadi baxımdan Azərbaycanın özünə tabe etdirə biləcəyi ilə bağlı suala cavabında qeyd edib ki, müasir dövrün ən mütərəqqi məngənəsi kommunikasiya xətləri açıldıqdan sonra iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsidir:

“Bir var hisslərdən, bir də var xəstə təxəyüllərdən əmələn gələn məsələ - hansı ki Ermənistanın məğlubiyyətində, erməni xalqının faciəsində belə xəstə təfəkkür aparıcı rol oynayıb. Bir də var praqmatik sürətdə maraqlardan çıxış etmək. Yəni maraqların konfliktindən maraqların hormoniyasına gedən yola üstünlük vermək”.

Deputat deyib ki, SSRİ dağıldıqdan sonra qibtə etdiyi ölkələr Latviya, Litva və Estoniyadır: “Onlar heç kimin diktəsinə getmədi, özlərinin maraqlarını yüksək səviyyədə qorudular və Avropa Birliyinin mini modelini yaratdılar. Amma iqtisadi potensiala fikir versəniz, bu üç pribaltika ölkəsinin potensialı demək olar eyni səviyyədədir. Orada dominat rolu oynayıb digər iki respublikaya kömək etmək potensialı yoxdur”.

Cənubi Qafqaza gəlincə, Ə. Məsimli diqqətə çatdırıb ki, Azərbaycanın potensialı daha yüksək olduğundan burada Gürcüstan və Ermənistanın proseslərdən fayda götürməsi üçün kifayət qədər perspektivlər var: “Bunu sübut etmək üçün Azərbaycan-Gürcüstan əlaqələrinin səviyyəsinə baxa bilərik. Məsələn, Azərbaycanın Gürcüstan iqtisadiyyatında rolu, bu ölkəyə qoyulan investisiyalarda Azərbaycanın həm həcmi, həm də çəkisi. Bunlara baxdıqda görünür ki, dediklərim həqiqətdir. Əslində zamanında Ermənistan forposta çevrilməsə və yaşadığı regionun maraqlarını qorusaydı belə vəziyyət də yaranmazdı”.

Ə. Məsimli hesab edir ki, Ermənistanda yaranmış vəziyyətdən ən optimal çıxış yolu inteqrasiya proseslərinin inkişafı, mümkün əməkdaşlığın davam etdirilməsidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər