18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Təbii qazın qiymətində azalma, neftin qiymətində artım var
Tarix: 16-11-2020 10:11 | Bölmə: İqtisadiyyat
Təbii qazın qiymətində azalma, neftin qiymətində artım var

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti enib.

Reyting.az
xəbər verir ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,84 faiz azalaraq 2,857 ABŞ dolları təşkil edib.

Təbii qazdan fərqli olaraq neftin qiymətində artım qeydə alınıb. Ötən həftə ərzində (9-13 noyanr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 43,79 ABŞ dollarına bərabər olub. Bu isə əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,04 dollar və ya 10,2 faiz çoxdur.

Ötən həftə ərzində ən yüksək göstərici (III gün) - 44,77 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 42,93 dollar səviyyəsində olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər