Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqları haqda müqavilələr imzalayıb
Tarix: 18-11-2020 17:25 | Bölmə: İqtisadiyyat
Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqları haqda müqavilələr imzalayıb

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müqavilə xarici şirkətlə birgə qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.

"İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib", - deyə T. Mirkişili qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}