18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nazirlik: "Bu ilin 10 ayında ölkədə neft hasilatı azalıb, qaz hasilatı isə artıb"
Tarix: 19-11-2020 13:21 | Bölmə: İqtisadiyyat
Nazirlik: "Bu ilin 10 ayında ölkədə neft hasilatı azalıb, qaz hasilatı isə artıb"

"2020-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 milyon ton az olub".

Bu barədə Energetika Nazirliyindən Reyting.az-a veirlən məlumata görə. respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 milyon ton təşkil edib: "Hesabat dövründə 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 10 ayına nisbətən, təxminən, 2,2 milyon ton, yəni 8,5 faiz azdır. Neftin (kondensatla birlikdə) 22,6 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Cari ilin on ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 9,7 milyard kubmetri AÇG-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər