18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Fitch" Azərbaycanın icmal büdcəsi üzrə proqnozunu açıqlayıb
Tarix: 23-11-2020 09:50 | Bölmə: İqtisadiyyat
"Fitch" Azərbaycanın icmal büdcəsi üzrə proqnozunu açıqlayıb

"Fitch Ratings" beynəlxalq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,7 faiz təşkil edəcəyini proqnozlaşdırır, halbuki ötən proqnoz kəsirin ÜDM-in 6,8 faizə bərabər olacağına vəd edirdi.

"APA-Economics"in agentliyin hesabatına istinadla verdiyi məlumata görə, "Fitch"in tədricən artan neft qiymətləri ssenarisinə əsasən, 2021-ci ildə ölkənin icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 4,4 faizə, 2022-ci ildə isə 1,1 faizə enəcək.

"2021-ci və 2022-ci illərdə Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişədən sonrakı yenidənqurma üçün yönələn kapital xərclərinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artacaq ki, layihənin yaxın həftələrdə 2021-ci ilin büdcəsinə daxil edilməsi gözlənilir", - hesabatda deyilir.

Qeyd edək ki, "Fitch"in ölkənin dövlət borcu üzrə gözləntiləri dəyişməyib və proqnoz ÜDM-in 23 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat təşkil edib və bu da ÜDM-in 9 faizinə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9 faizini təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər