18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı fərman verildi - Dəyişiklik
Tarix: 03-12-2020 17:37 | Bölmə: İqtisadiyyat
Azərbaycan Beynəlxalq Bankı ilə bağlı fərman verildi - Dəyişiklik

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana edilən dəyişikliklə bağlı fərman verib.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edilən əmlak həm də dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) veriləcək.

İndiyə qədər Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) mülkiyyətinə (balansına) verilməsini təmin etməli idi. Dəyişikliyə əsasən, Nazirlər Kabineti “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etməlidir.

“Aqrarkredit” QSC-yə də mülkiyyətindəki (balansındakı) əmlakın “ASK” ASC-ilə bərabər müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər