ABŞ-ın neft ehtiyatları kəskin artıb
Tarix: 10-12-2020 09:44 | Bölmə: İqtisadiyyat
ABŞ-ın neft ehtiyatları kəskin artıb

Ötən həftənin yekunlarına görə (30 noyabr – 4 dekabr), ABŞ-ın kommersiya neft ehtiyatları 15,19 mln. barel artaraq 503,23 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,42 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər