Ermənistan milli valyutası "ölür" - Ərzaq və yanacaq bahalaşıb
Tarix: 10-12-2020 11:47 | Bölmə: İqtisadiyyat
Ermənistan milli valyutası "ölür" - Ərzaq və yanacaq bahalaşıb

“Ermənistanda ABŞ dollarının məzənnəsi 520 dramı, benzinin qiyməti 700 dramı, yumurtanın qiyməti isə 80 dramı ötüb".

Bunu Ermənistanın "Daşnaktsutyun" partiyasının üzvü, keçmiş Kənd Təsərrüfatı naziri Artur Xaçatryan "Facebook"da bildirib.

Keçmiş nazir yerli investorları 2-ci dəfə tədavülə buraxılan dövlət istiqrazlarını almağa çağırıb.

A.Xaçatryanın yazdıqlarını şərh edən Ermənistan sakinləri isə qarşıdakı günlərdə dolların məzənnəsinin 550 drama, tədricən isə 700 drama çatacağını deyiblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər