Nazir müavini: "Neft qiymətlərinin ədalətli diapazonu 40-60 dollar aralığındadır"
Tarix: 11-12-2020 16:48 | Bölmə: İqtisadiyyat
Nazir müavini: "Neft qiymətlərinin ədalətli diapazonu 40-60 dollar aralığındadır"

Neftin bir bareli üçün ədalətli qiymətləri, 2030-cu il də daxil olmaqla, 40-60 dollar intervalındadır.

Bu barədə Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin bildirib.

O qeyd edib ki, 2030-cu ildə neft qiymətinin 60 dollar səviyyəsini aşması artıq həcmdə istehsal üçün şərait yaradacaq və Kanadada dərin sularda yerləşən resursların, ABŞ, Rusiya və Arktikada çətin çıxarıla bilən ehtiyatların işlənməsinə gətirib çıxara bilər/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər