Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirilib
Tarix: 12-12-2020 17:23 | Bölmə: İqtisadiyyat
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.

Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.

Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər