“Azercell” 10 min manat cərimələnib
Tarix: 15-12-2020 12:44 | Bölmə: İqtisadiyyat
“Azercell” 10 min manat cərimələnib

"Azercell Telekom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.

Məlumata görə, şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsi “Azercell Telekom” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilərək, 10 000 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Mobil operator “Azercell” 1996-cı fəaliyyətə başlayıb. Hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş," şirkətidir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər