"Balkan axını" qaz kəmərinin tikintisi yekunlaşıb
Tarix: 17-12-2020 11:07 | Bölmə: İqtisadiyyat
"Balkan axını" qaz kəmərinin tikintisi yekunlaşıb

"Balkan axını" qaz kəmərinin tikintisi başa çatıb və hazırda kəmərin istismara verilməsi istiqamətində hazırlıq işləri aparılır.

Bu barədə Rusiya mətbuatı "Bulgargaz" şirkətinə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda kəmər dövlət komissiyası tərəfindən aparılan qəbul prosesindən keçir, bundan sonra "Balkan axını"nın istismarına icazə veriləcək.

Faktiki olaraq "Balkan axını" "Türk axını" qaz kəmərinin Bolqarıstan ərazisindəki davamıdır. Qaz kəmərinin uzunluğu 474 km-dir.

"Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edəcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər