Gürcüstan ərazisi ilə nəql olunan Azərbaycan qazının həcmi artırılacaq
Tarix: 17-12-2020 18:04 | Bölmə: İqtisadiyyat
Gürcüstan ərazisi ilə nəql olunan Azərbaycan qazının həcmi artırılacaq

“Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarlarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin IV mərhələsinin icrası başa çatdırıldıqdan sonra Gürcüstan ərazisi ilə nəql olunacaq Azərbaycan qazının həcmi artırılacaq.

Bu barədə Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, Gürcüstan eyni zamanda daxili tələbatını ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətlə əldə edə biləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər