Yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi qaydası dəyişir
Tarix: 18-12-2020 17:30 | Bölmə: İqtisadiyyat
Yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi qaydası dəyişir

Dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi qaydası dəyişir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılacaq.

Qüvvədə olan qanuna əsasən, şərti maliyyə vahidinin artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı şərti maliyyə vahidinin artımına mütənasib surətdə artırılır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər