Şuşada ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb - Fotolar
Tarix: 20-12-2020 01:21 | Bölmə: İqtisadiyyat
Şuşada ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

İstehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşada ilk sahibkarlıq subyektidir.

“Azcake” MMC-yə məxsus istehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyini İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təmin edib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.

Şuşa məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər çalışır.

Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz verilir.




Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər