Neft bazarındakı vəziyyət Rusiyada müzakirə ediləcək
Tarix: 20-12-2020 14:16 | Bölmə: İqtisadiyyat
Neft bazarındakı vəziyyət Rusiyada müzakirə ediləcək

Rusiya baş nazirinin müavini Aleksandr Novak bazar ertəsi (21 dekabr – Red) Moskvaya səfərə gələn İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşəcək.

Bu barədə “TASS”a Baş nazirin müavininin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Rusiya Energetika Nazirliyi bazar ertəsi energetika naziri Nikolay Şulqinovun da İran naziri ilə görüşəcəyini bildirmişdi.

İranın “Shana” agentliyinin verdiyi məlumata görə, görüşlərdə neft bazarındakı son dəyişikliklər müzakirə ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər