Novak: "Qlobal neft bazarının bərpası 2-3 il çəkə bilər"
Tarix: 21-12-2020 17:47 | Bölmə: İqtisadiyyat
Novak: "Qlobal neft bazarının bərpası 2-3 il çəkə bilər"

Qlobal neft bazarında vəziyyət gözlənilməzdir və bazarın bərpası üçün proqnozlar yerinə yetirilmir.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, qlobal neft tələbatının böhrandan öncəki səviyyəyə qayıtması əvvəl gözləniləndən daha çox vaxt tələb edir: "Bazarın bərpası əvvəl gözləniləndən daha ləng olacaq. Buna görə də bazar ilə bağlı proqnozlarımız dəyişir. Bir çox mütəxəssis bunun təxminən 2 il çəkə biləcəyini söyləyir. Bəlkə də 2-3 il".

A. Novak onu da vurğulayıb ki, "OPEC+" razılaşması çərçivəsində gələn ilin yanvarından ölkələr neft hasilatını tədricən artıracaq.

"Əlbəttə, hazırda tətbiq edilən azalma səviyyəsi misli görünməmişdir. Əgər 4 il əvvəl biz gündəlik hasilatı 1,2 mln. barel azaldırdıqsa, bu gün bu azalma 10 mln. barelə yaxındır və təbii ki, biz bu istehsalı artırmaqda qərarlıyıq. Bazarda balansı pozmayacağıq və artıq həcmlər yaratmayacağıq", - A. Novak deyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər