“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib
Tarix: 22-12-2020 12:00 | Bölmə: İqtisadiyyat
“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib

“Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib.

Reyting.az
-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” qanun layihəsində əksini tapıb.

“Şərti maliyyə vahidi haqqında” qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi. Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi. Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər