Bu gün Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq
Tarix: 23-12-2020 08:28 | Bölmə: İqtisadiyyat
Bu gün Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq

Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələri müzakirəyə çıxarılacaq.

Reyting.az
xəbər verir ki, büdcə zərfinə daxil olan məsələlər öncə bu gün saat 11:00-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq. Daha sonra isə gün ərzində parlamentin digər komitələrinin də iclası keçiriləcək.

Müzakirələrdə dövlət qurumlarının nümayəndələrinin iştirakı da gözlənilir.

Qeyd edək ki, 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 faiz çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 faiz çoxdur. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 faiz çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 faiz çoxdur.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər