İqtisadiyyat naziri: “Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”
Tarix: 23-12-2020 12:18 | Bölmə: İqtisadiyyat
İqtisadiyyat naziri: “Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”

“Pandemiyanın baş verməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, COVID-lə yanaşı, hərbi vəziyyət də ölkə iqtisadiyyatına təsir edib: “Özəl sektorda investisyalar 8 faiz artıb. Yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz aşağı düşüb”/Report.

Mikayıl Cabbarov bildirib ki, bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib: “Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 % azalıb, neft-qaz sektoru üzrə isə 7,8 % artıb”.

Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 % azalıb: “Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.

M.Cabbarov qeyd edib ki, ölkədə iqtisadi islahatlar getdikcə dərinləşir: “Həmçinin Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Hazırda ölkə iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər