Elman Rüstəmov: “Mərkəzi Bankın valyuta ehtiyatları 3 faiz artıb”
Tarix: 23-12-2020 12:50 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: “Mərkəzi Bankın valyuta ehtiyatları 3 faiz artıb”

“2020-ci il pandemiya ilə mübarizə çərçivəsində keçib. Bütün bunların Azərbaycan iqtisadiyyatına da təsiri olub. Ancaq görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb: “Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 3 fazi artıb”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər